Zidan PSJ-yə görə Qətər əmiri ilə görüşdü

Zidan PSJ-yə görə Qətər əmiri ilə görüşdü<span class="qirmizi"></span>

"Real"ın sabiq baş məşqçisi Zinəddin Zidan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə PSJ-nin baş məşqçisi vəzifəsinə təyinatla bağlı danışıqlar aparıb.

Qol.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.

 

Xatırladaq ki, ötən qış PSJ-nin sahibləri artıq Zidanı kluba rəhbərlik etməyə inandırmağa çalışsalar da, mütəxəssis bundan imtina edib. Paris klubunun hazırkı baş məşqçisi argentinalı mütəxəssis Maurisio Poçettinodur. Onunla yolların ayrılacağı gözlənilir.

Qeyd edək ki, Z. Zidan 2021-ci ilin yayından Madrid təmsilçisinə ayrıldıqdan sonra klubsuzdur.

Mənbə: qol.az