"Əylənməyə davam edəcəyəm" - Mbappe

PSJ-nin hücumçusu Kilian Mbappe Paris klubu ilə yeni müqavilə imzalamasını şərh edib.

Qol.az "Telefoot"a istinadən xəbər verir ki, müqaviləsinin müddətini 2025-ci ilin yayına kimi uzadan fransalı futbolçu deyib: “Mən mövsümü Liqa 1-də ən yaxşı bombardir kimi başa vurmaq istəyirdim və buna nail oldum. PSJ ilə müqaviləni uzatmaq əladır, çünki bu, növbəti mövsümdən qayıdacağım deməkdir. Bu, çox yaxşıdır. Ən əsası odur ki, kluba kuboklar qazanmağa kömək etməyə və əylənməyə davam edəcəyəm".

Qeyd edək ki, 23 yaşlı futbolçu bu mövsüm PSJ-nin heyətində bütün yarışlarda 46 oyuna çıxıb, 39 qol vurub, 21 qolun ötürməsini verib.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Ermənistanlı turist Qarabağda itkin düşdü

SONRAKI XƏBƏR

Ronaldo son oyunu buraxacaq