Qala gecənin final döyüşlərinin iştirakçıları bilindi

 

Kikboksinq üzrə XXVI Azərbaycan çempionatında final görüşlərinə start verilib.

Oxu.Az-ın xəbərinə görə, saat 12:00-da “Low Kick” və “Full Contact” növləri üzrə final görüşləri keçirilib.

Saat 17:00-da isə Azərbaycanın titullu idmançılarının iştirakı ilə final görüşlərindən ibarət Qala gecə baş tutacaq.

Peşəkar kikboksinqdə olduğu kimi dəbilqəsiz keçiriləcək yarışda aşağıdakı 12 final görüşü olacaq:

Full Contact
-54 kq. Camal Məmmədov - Nihad Abdullayev

-57 kq. Məhəmməd İmanov - Amin Quliyev

-60 kq. Ramiz Məmmədov - Emil Hümbətov

-67 kq. Ruslan Musayev - Pərvin Heydərov

-81 kq. Alim Nəbiyev - Elmar Abdullayev

Low Kick
-57 kq. Anar Məmmədov - Əsgər Rəhimov

-63,5 kq. Turan Qafarov - Arzuman Qədirov

-67 kq. Qəşəm Məmmədov - Zöhrab Əzimov

-71 kq. Rəhim Əliyev - Ruslan Nağıyev

-75 kq. Ramal Aslanov - Elşad Şahbazov

-81 kq. Elcan Alkişiyev - Rauf Gərayzadə

+91 kq. Bəhram Rəcəbzadə - Məhəmməd Klazarmani

Qeyd edək ki, Qala gecə "İdman" telekanalı vasitəsilə canlı göstəriləcək.

Səbuhi Musa

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Türk ordusu daha 3 terrorçunu məhv etdi

SONRAKI XƏBƏR

Ermənistanlı turist Qarabağda itkin düşdü