Ronaldo son oyunu buraxacaq

Ronaldo son oyunu buraxacaq<span class="qirmizi"></span>

"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo İngiltərə Premyer Liqasının sonuncu turunu buraxacaq.

Press.az "The Athletic"ə istinadən xəbər verir ki, 37 yaşlı futbolçunun bud əzələsində problem var. Bu səbəbdən o, Premyer Liqanın 38-ci turunun “Kristal Pelas”la oyununda iştirak etməyəcək.

Qeyd edək ki, Ronaldo bu mövsüm 39 oyuna çıxıb, 24 qol vurub

Mənbə: press.az