AFFA-nın maliyyələşdirdiyi klubların növbəti mövsüm büdcəsi nə qədər olacaq? - AÇIQLAMA

AFFA-nın maliyyələşdirdiyi klubların növbəti mövsüm büdcəsi nə qədər olacaq? - AÇIQLAMA<span class="qirmizi"></span>

 

“AFFA-nın maliyyələşdirdiyi klublar – “Şamaxı”, “Səbail”, “Qəbələ” və “Sumqayıt”ın büdcəsinin növbəti mövsüm nə qədər olacağı barədə hazırda dəqiq fikir bildirə bilməyəcəyəm. Çünki Premyer Liqaya çıxan “Kəpəz” və “Turan Tovuz”a da AFFA tərəfindən maddi köməklik ediləcək. Növbəti həftələrdə bu sualı cavablandırsam, daha məqsədəuyğun olar”.

Bunu Oxu.Az-a müsahibəsində AFFA-nın baş katibi Sərxan Hacıyev deyib.

O, “Sabah” klubunun Masazırdan Keşlə qəsəbəsində yerləşən “ASK Arena”ya köçməsi ilə bağlı da danışıb:

“Sabah” klubunun növbəti mövsümdən “ASK Arena”da çıxış etməsi ilə bağlı müəyyən məsələlər qalıb. Amma bu məsələlər daha çox klub və arena rəhbərliyinə aiddir. Bu məsələ “Sabah” klubundan soruşulsa, daha yaxşı olar”.

Səbuhi Musa

Mənbə: www.oxu.az