Qazaxıstan millisinin daha bir futbolçusu Azərbaycana qarşı oynamayacaq

UEFA Millətlər Liqasının C Divizionun ilk turunda Azərbaycan milli komandasını qəbul edəcək Qazaxıstan yığması növbəti itki ilə üzləşib.

"Report" "meta-ratings.kz" saytına istinadən xəbər verir ki, Rusiyanın "Axmat" klubunda çıxış edən Marat Bıstrov zədə səbəbindən millinin heyətindən çıxarılıb.

30 yaşlı müdafiəçinin əvəzinə düşərgəyə Qazaxıstan "Aktobe"sinin arxa xətt oyunçusu Alibek Kasım dəvət olunub.

Qeyd edək ki, iyunun 3-də paytaxt Nur-Sultandakı "Astana Arena"da oynanılacaq Qazaxıstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Macarıstanda Ukraynadakı müharibə fonunda fövqəladə vəziyyət elan edilib

SONRAKI XƏBƏR

Ukraynada öldürülən rusiyalı məmur övladları - SİYAHI