Millimizin üzvü "Sumqayıt"dan ayrıldı

Tellur Mütəllimov "Sumqayıt"dan ayrılıb.

Qol.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü bu barədə İnstaqram səhifəsindəki paylaşımında bildirib. O, ayrılığı ilə bağlı yazıb:

 

"Çətin olsa da, deməliyəm ki, 2 ildir ki uğurları üçün çalışdığım "Sumqayıt" klubundan ayrılıram. Burda yaxşı nəticələr qazandıq. Klubda çalışan hər kəsə, bütün azarkeşlərə təşəkkür edirəm. İnşallah, yollarımız yenidən kəsişər".

Qeyd edək ki, 27 yaşlı müdafiəçi 2020-ci ilin yayından "Sumqayıt"da çıxış edirdi.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

“Moderna” meymunçiçəyinə qarşı peyvənd hazırlığına başladı

SONRAKI XƏBƏR

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə daxil olan strukturlarda işçilərin say həddi müəyyənləşib