"Hamıya nə bacardığımı göstərmək istəyirəm" - Hazard

"Real"ın futbolçusu Eden Hazard Madrid klubundakı gələcəyi barədə danışıb.

Qol.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi İspaniya mətbuatına açıqlamasında bunları deyib:

 

"Hamı bilir ki, mənim 2024-cü ilə qədər müqaviləm var. "Real"dakı ilk 3 mövsümüm yaxşı keçmədi. Amma hamıya nə bacardığımı göstərmək istəyirəm. "Real" üçün oynamaq həmişə arzu idi. İndi də belədir".

Qeyd edək ki, Hazard 2019-cu ildən "Real"da çıxış edir.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Erməni ekspert: “Qərb Cənubi Qafqazda dominantlıq əldə etməyə çalışır”

SONRAKI XƏBƏR

İki ölkə Afrika Millətlər Kubokundan kənarlaşdırılıb