“Çelsi”nin daha bir futbolçusu “Barselona” ilə anlaşdı

“Çelsi”nin daha bir futbolçusu “Barselona” ilə anlaşdı<span class="qirmizi"></span>

“Çelsi”nin daha bir futbolçusu “Barselona” ilə anlaşıb.

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, Markos Alonso Kataloniya klubu ilə danışıqları yekunlaşdırıb.

“Real”ın yetirməsi madridlilərin əzəli rəqibi ilə şəxsi müqaviləni razılaşdırıb. 32 yaşlı cinah oyunçusu keçidinə maneçilik törətməməsi üçün “Çelsi” rəhbərliyinə də müraciət edib. London təmsilçisi razılıq versə, tezliklə transfer reallaşacaq.

Qeyd edək ki, “Çelsi”nin digər müdafiəçisi Andreas Kristensen bir müddət əvvəl “Barselona” ilə ilkin müqavilə bağlayıb.

Mənbə: lent.az