Millinin sabiq baş məşqçisi Hamşikin Bakıda vurduğu baxımlı qolu xatırlayıb

Millinin sabiq baş məşqçisi Hamşikin Bakıda vurduğu baxımlı qolu xatırlayıb<span class="qirmizi"></span>

Slovakiya millisinin sabiq baş məşqçisi Pavel Hapal bir neçə gün öncə yığmadakı karyerasını bitirən Marek Hamşiklə bağlı xatirələrini bölüşüb.

"Report"un məlumatına görə, 53 yaşlı mütəxəssis federasiyanın rəsmi saytına açıqlamasında hazırda Türkiyə "Trabzonspor"unda çıxış edən 35 yaşlı yarımmüdafiəçinin AVRO-2020-nin seçmə mərhələsində Bakıda Azərbaycan millisinin qapısına vurduğu baxımlı qolu yada salıb.

O, Hamşikin sözügedən qarşılaşmada hətta dubl etdiyini bildirib: "Ağır mövsümdən sonra əla formada idi və oyun öncəsi futbolçuları yaxşı motivasiya edirdi. Hamşik işinə ciddi yanaşan əsl peşəkar idi. Vicdanla məşq edirdi, heç nəyi qaçırmırdı. Gənclər üçün gözəl nümunə idi".

Qeyd edək ki, Azərbaycan - Slovakiya matçı qonaqların 5:1 hesablı qələbəsi ilə başa çatmışdı.

Mənbə: report.az