İbrahimoviç uzun müddətlik sıradan çıxdı

İbrahimoviç uzun müddətlik sıradan çıxdı<span class="qirmizi"></span>

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç sol dizindən əməliyyat olunub.

Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. "Milan" əməliyyatın yaxşı keçdiyini bildirib. 40 yaşlı futbolçunun 7-8 ay oynamayacağı vurğulanıb.

 

Qeyd edək ki, oktyabrda 41 yaşı tamam olacaq Zlatanın klubla müqaviləsi iyunun 30-na kimidir. İsveçli hücumçu A seriyasında başa çatan mövsümdə 23 matçda 8 qol vurub.

Mənbə: qol.az