Azərbaycan millisi Latviyaya böyük hesabla qalib gəlib

Azərbaycan millisi Latviyaya böyük hesabla qalib gəlib<span class="qirmizi"></span>

Qəbələdə təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilk yoldaşlıq oyununu keçirib.

"Report" xəbər verir ki, Latviyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığma 3:0 hesablı qələbə qazanıb.

Ümid Səlimovun dubl etdiyi görüşdə digər qol Şahin İbrahimov vurub.

Bu komandalar arasında növbəti qarşılaşma mayın 27-də oynanılacaq.

Mənbə: report.az