"Anderlext"in baş məşqçisi istefa verib

"Anderlext"in baş məşqçisi istefa verib<span class="qirmizi"></span>

Belçika "Anderlext"inin baş məşqçisi Vensan Kompani istefa verib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı mütəxəssis öz istəyilə vəzifəsini tərk edib.

İddiaya görə, belçikalı baş məşqçi İngiltərənin "Bernli" komandasının sükanı arxasına keçəcək.

Qeyd edək ki, Vensan Kompani 2020-ci ildən "Anderlext"ə başçılıq edirdi.

Mənbə: report.az