"Fənərbaxça" qapıçısı ilə yolları ayırdı

"Fənərbaxça" qapıçısı ilə yolları ayırdı<span class="qirmizi"></span>

"Fənərbaxça"nın qapıçısı Berke Özer İstanbul klubundan ayrılıb.

Qol.az xəbər verir ki, bu barədə 22 yaşlı qolkiper sosial media hesabından yazıb.

Qeyd edək ki, B.Özerin "Fənərbaxça" ilə müqaviləsi bu ilin iyunu başa çatırdı. O, bu mövsüm meydana çıxdığı 20 matçın 5-də qapısını toxunulmaz saxlamışdı.

Mənbə: qol.az