Neymardan ayrılıq iddialarına cavab

Neymardan ayrılıq iddialarına cavab<span class="qirmizi"></span>

PSJ-nin hücumçusu Neymar bu yay Paris klubunu tərk edə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, braziliyalı futbolçu deyib: "Hazırda heç kim mənə nəsə deməyib, amma mən mütləq PSJ-də qalmaq istəyirəm".

Qeyd edək ki, Neymar bu mövsüm Paris təmsilçisinin heyətində 28 matçda 13 qol vurub və 8 qolun ötürməsini verib.

Mənbə: qol.az