Kipr klubu "Qarabağ"ın legioneri ilə vidalaşıb

Kipr klubu "Qarabağ"ın legioneri ilə vidalaşıb<span class="qirmizi"></span>

Kiprin AEK (Larnaka) komandası "Qarabağ"ın futbolçusu Qaspar Panadero ilə vidalaşıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Larnaka təmsilçisi bu ilin yanvarında icarəyə götürdüyü ispaniyalı yarımmüdafiəçi ilə əməkdaşlığa son qoyub.

25 yaşlı oyunçu müqavilə ilə məxsus olduğu Ağdam təmsilçisinə qayıdacaq.

Qeyd edək ki, "Qarabağ"a ötən yay transfer olunmuş 24 yaşlı yarımmüdafiəçi qış fasiləsinədək cəmi 4 oyunda "köhlən atlar"ın formasını geyinib. O, sonuncu dəfə 2021-ci il oktyabrın 3-də "Qəbələ"yə qarşı matçda meydana çıxıb.

Mənbə: report.az