Maldini: "İbrahimoviç karyerasını bitirmək fikrində deyil"

"Milan"ın texniki direktoru Paolo Maldini futbolçusu Zlatan İbrahimoviçin komandadakı gələcəyindən danışıb.

Qol.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, o, 40 yaşlı hücumçunun karyerasını başa vujrmaq niyyətində olmadığını deyib:

 

“Mənə dedilər ki, Zlatan bu yay karyerasını bitirməyəcək. Yeni müqavilənin bağlanmasında da problem olmayacaq”.

Qeyd edək ki, 2010-2012-ci illərdə "Milan"da oynayan İbrahimoviç 2020-ci ilin yanvarında komandaya qayıdıb. Hücumçu geridə qalan mövsüm A Seriyasında 23 oyunda 8 qol vurub və 3 qolun ötürməsini verib. O, mayın 25-də dizindən əməliyyat olunub və 7-8 ay meydana çıxa bilməyəcək.

İbrahimoviçlə "Milan" arasındakı müqavilə 2022-ci il iyunun 30-da başa çatır. Klubun Zlatana yeni bir illik müqavilə təklif etməyə hazır olduğu bildirilib.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

"Mən elə sözlər deməmişəm, Xoşqədəm xanım ölkədə ilk sosial-axtarış verilişi yaradıb" - Fəzail Ağamalı

SONRAKI XƏBƏR

İrandan ABŞ-a NOTA