İtaliyalı hücumçu toqquşan maşınlara minərək Lunaparkda əyləndi - VİDEO

İtaliyalı hücumçu toqquşan maşınlara minərək Lunaparkda əyləndi - VİDEO<span class="qirmizi"></span>

 

“Adana Dəmirspor”un italiyalı hücumçusu Mario Balotelli əyləncə parkında toqquşan maşınlara minərək əylənib.

“Hatayspor”un forvardı Ayoub El Kaabi ilə eyni sayda qola malik olan hücumçu Spor Toto Super Liqasında 18 qolla ikinci yerdədir. Türkiyəni tərk etməzdən əvvəl Lunaparka gedən Mario Balotellinin əyləncəli anları kameralara əks olunub.

Toqquşan maşınlara və müxtəlif atraksionlara minən hücumçu parkda əyləncəli zaman keçirib.

 

Mənbə: Haber Global

Mənbə: www.oxu.az