Zəfər Kuboku: Bu gün finalçılar bəlli olacaq

Zəfər Kuboku: Bu gün finalçılar bəlli olacaq<span class="qirmizi"></span>

İdman Araşdırmalar Mərkəzi (İAM) və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında keçirilən mini-futbol üzrə Zəfər Kubokunda bu gün finalçılar müəyyənləşəcək.

"Report"un məlumatına görə, Bakı Olimpiya Stadionunda təşkil olunan yarımfinal qarşılaşmasında *Xocavənd" "Qubadlı" ilə, "Suqovuşan" "Ağdam"la qarşılaşacaq.

Qarşılaşmalar əvvəlki görüşlərdə olduğu kimi, fəxri qonaqların iştirakı ilə təşkil olunacaq.

11:00. "Xocavənd" - "Qubadlı"
Fəxri qonaqlar
1. Milli Məclisin 42 saylı Sumqayıt II seçki dairəsindən deputatı, İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri, ATƏT Parlament Assamblyasında nümayəndə heyətinin üzvü, Avronest Parlament Assamableyasında nümayəndə heyətinin üzvü və Enerji Təhlükəsizliyi komitəsinin sədri, əslən Qubadlıdan olan Tahir Mirkişili
2. Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən Müharibəsi Qəhrəmanı, eyni zamanda "Cəbrayıl, Füzuli və Şuşanın azad olunmasına görə medalları ilə təltif olunmuş Zaur Hüseynov,
3. Dünya Kuboku və Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının qalibi, Minsk-2019 II Avropa Oyunlarının gümüş, Avropa çempionatlarının gümüş və bürünc mükafatçısı, əslən Qubadlıdan olan yunan-Roma güləşçisi İslam Abbasov
12:00. "Suqovuşan" - "Ağdam"
Fəxri qonaqlar:
1. Milli Məclisin 113 saylı Şəki şəhər seçki dairəsindən deputatı, Hüquq siyasəti və dövlət quruculuğu, Gənclər və İdman Komitələrinin, eləcə də Yeni Azərbaycan Partiyasının təftiş komissiyasının üzvü, Azərbaycan Respublikasının əməkdar məşqçisi Vüqar İskəndərov
2. Yazıçı, jurnalist, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, "525-ci qəzet"in baş redaktoru, Yazıçılar Birliyinin sədr müavini, Mətbuat Şurasının İdarə Heyətinin və Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, əslən Ağdamdan olan Rəşad Məcid
3. "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı
4. Avropa çempionu, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının qalibi, dünya çempionatları və Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş medalçısı, müxtəlif nüfuzlu turnirlərin qalib və mükafatçısı, əslən Ağdamdan olan cüdoçu Rüstəm Orucov

Qeyd edək ki, əsasnaməyə görə bu komandalar öz qruplarının qalibləri olduqları üçün yarımfinal mərhələsinı adlayıblar.

Mənbə: report.az