Bu gün Bakıda atıcılıq üzrə dünya kuboku yarışına start veriləcək

Bu gün Bakıda atıcılıq üzrə dünya kuboku yarışına start veriləcək<span class="qirmizi"></span>

 

Bakı, 27 may, AZƏRTAC

Bu gün Bakıda atıcılıq üzrə dünya kuboku yarışına start veriləcək.

AZƏRTAC xəbər verir ki, saat 11:30-da turnirin açılış mərasimi təşkil olunacaq. Ardınca yarışın seçmə mərhələsinin oyunları başlayacaq. İyunun 7-dək davam edəcək turnirdə 66 ölkədən 703 idmançı, 231 nümayəndə iştirak edəcək. Artıq idmançılar və nümayəndə heyətləri Bakıdadır.

Yarışlar “İdman TV" və "CBC Sport" kanalları vasitəsi ilə canlı yayımlanacaq.

Mənbə: azertag.az