Azərbaycan klubları avrokuboklarla bağlı stadion seçimini edib

Azərbaycan klubları avrokuboklarla bağlı stadion seçimini edib<span class="qirmizi"></span>

Azərbaycanı 2022/2023 mövsümündə avrokuboklarda təmsil edəcək klublar - "Qarabağ", "Neftçi", "Zirə" və "Qəbələ" ev oyunları üçün stadion seçimini ediblər.

Bu barədə "Report"a Premyer Liqa təmsilçilərinin Mətbuat xidmətindən məlumat verilib.

1 illik fasilədən sonra Çempionlar Liqasına qayıdan Ağdam klubu mübarizəyə I təsnifat mərhələsindən başlayacaq və rəqiblərini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.

UEFA Konfrans Liqasında çıxış edəcək "Neftçi", "Zirə" və "Qəbələ" müvafiq olaraq "Bakcell Arena", "Dalğa Arena" və Qəbələ şəhər stadionunu seçib. Hər 3 komanda mübarizəyə II təsnifat mərhələsindən start verəcək. Əyalət təmsilçisi pley-offa adlayacağı halda, ev oyunlarını "Dalğa Arena"da keçirəcək.

Mənbə: report.az