Azərbaycanlı futbolçuların klubu elitaya yüksələ bilmədi

Azərbaycanlı futbolçuların klubu elitaya yüksələ bilmədi<span class="qirmizi"></span>

Rusiya Premyer Liqasında pley-aut oyunları keçirilib.

Qol.az xəbər verir ki, azərbaycanlı futbolçular Kamran Əliyev və David Qarayevin formasını geyindiyi “SKA-Xabarovsk” (Rusiya Milli Futbol Liqasında 4-cü yerin sahibi) səfərdə “Ximki” (Premyer Liqada 13-cü yerin sahibi) ilə üz-üzə gəlib. İlk matçda 1:0 hesabı ilə qalib gələn "SKA-Xabarovsk" bu dəfə 0:3 hesabı ilə uduzub və Premyer Liqaya yüksələ bilməyib

 

Kamran bu görüşdə start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış David Qarayev də əsas heyətdə meydana daxil olub və 73-cü dəqiqədə əvəzlənib.
 

Mənbə: qol.az