UEFA Çempionlar Liqasının finalındakı iğtişaşlarla bağlı vəziyyəti araşdıracaq

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) polis, hakimiyyət orqanları və Fransa Futbol Federasiyası ilə birlikdə Çempionlar Liqasının finalı öncəsi baş verən iğtişaşlarla bağlı vəziyyəti təcili nəzərdən keçirəcək.

“Report” xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Parisdə İngiltərənin “Liverpul” və İspaniyanın “Real” komandaları arasında Çempionlar Liqasının final matçının başlanması stadionun girişində azarkeşlərin təhlükəsizliyi ilə bağlı yaranan problemlər səbəbindən 37 dəqiqə gecikib.

“Oyundan əvvəl saxta bilet alan minlərlə azarkeş turniketləri bağlayıb. Bu, izdihamlı azarkeşlərin içəri girməyə çalışmasına səbəb olub. Oyun başlayandan sonra stadiondan kənarda insanların sayı artmaqda davam etdiyi üçün polis onları gözyaşardıcı qazdan istifadə edərək dağıdıb və stadionu tərk etməyə məcbur edib. UEFA bu hadisələrdən zərər çəkənlərə görə təəssüf hissi keçirir və təcili olaraq Fransa polisi, hakimiyyət orqanları, eləcə də Fransa Futbol Federasiyası ilə bu problemləri həll edəcək”, - press-relizdə deyilir.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Çin XİN ABŞ-la münasibətlərin kursdan kənara çıxdığını açıqlayıb

SONRAKI XƏBƏR

Çempionlar Liqasının bombardiri müəyyənləşib