Luka Modriç "Real Madrid"lə müqaviləsini uzadıb

İspaniya "Real Madrid"inin futbolçusu Luka Modriç klubla müqaviləsini uzadıb.

"Report"un məlumatına görə, bu barədə tanınmış jurnalist Fabritsio Riomano şəxsi tviterində yazıb.

O bildirib ki, 36 yaşlı yarımmüdafiəçi ilə şifahi razılıq iki ay əvvəl əldə olunub. İndi isə lazımi sənədlər imzalanacaq.

Yeni sözləşmənin 2022/2023 mövsümünün sonunadək olacağı vurğulanıb. Rəsmi açıqlama tezliklə veriləcək.

Qeyd edək ki, Luka Modriç 2021/2022 mövsümündə 45 qarşılaşmada 3 qol və 12 məhsuldar ötürmə müəllifi olub.

Report.az

ƏVVƏLKİ XƏBƏR

UEFA Superkubokunda bu komanlar qarşılaşacaq

SONRAKI XƏBƏR

ABŞ-ın Oklahoma ştatının qubernatoru Azərbaycanla bağlı bəyannamə yayıb