"Real"ın qapıçısı Tibo Kurtua Çempionlar Liqasının finalında "Liverpul" üzərində qazanılan qələbəni (1:0) şərh edib.
Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, belçikalı qolkiper deyib: “Liverpul”u dəstəkləyən dostlarım mənə alçaldılacağımı dedilər, amma bu baş vermədi. Mən bunu ilk qurtarışdan sonra hiss etdim. Bu finalda heç kim məni məğlub edə bilmədi. “Real"la Çempionlar Liqasını qazanmağa o qədər qərarlı idim ki, bu baş verdi".
Qeyd edək ki, Kurtua final görüşündə 9 qurtarış edib.
Mənbə: qol.az