"Liverpul" Kurtuaya görə uduzdu" - Venger

"Liverpul" Kurtuaya görə uduzdu" - Venger<span class="qirmizi"></span>

"Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger Çempionlar Liqasının 2021/2022 mövsümünün finalında "Liverpul" - "Real" matçının (0:1) nəticəsini şərh edib.

Qol.az "beIN Sports"a istinadən xəbər verir ki, o, Mersisayd təmsilçisinin Madrid klubunun qapıçısı Tibo Kurtuaya görə uduzduğunu deyib: “Finalı izlədikdən sonra Premyer Liqada çempionluq uğrunda mübarizədə uduzduqdan sonra yaranan məyusluğun “Liverpul”un inamına təsir edib-etmədiyini düşündüm.Hiss olunurdu ki, Salah, Mane və fərq yarada bilən bütün oyunçular fərq yarada biləcəklərinə çox da əmin deyildilər

 

Düzünü desək, “Liverpul” Kurtuaya görə uduzdu. Mənə elə gəldi ki, “Liverpul” hesabı bərabərləşdirib özünəinam qazansa, qalib gələ bilər. Lakin mersisaydlılar şanslarını reallaşdırmaq üçün yaxşı məqam tapa bilmədilər. Bir çox epizodda Kurtuaya görə bunu bacarmadılar".

Mənbə: qol.az