"Real"ın qapıçısı Andrey Lunin Çempionlar Liqasının qalibi olmalarını ölkəsi Ukraynanın bayrağı ilə qeyd edib.
Qol.az xəbrə verir ki, Madrid təmsilçisinin ehtiyat qapıçısı Çempionlar Liqasının kubokunu Ukrayna bayrağı ilə bürüyüb.
"Ukrayna bayrağı ilə Çempionlar Liqasınınk uboku. İndi ölkəmizi və baş verənləri unutmamaq vacibdir. Ümid edirəm ki, bu an və bu oyun ukraynalılara təbəssüm bəxş etdi" deyə qapıçı "İnstaqram" səhifəsində həmin anın fotosunu paylaşaraq yazıb.
Qeyd edək ki, "Real"ın ÇL-in finalında "Liverpul"a 1:0 hesabı ilə qalib gələrək kuboku qazanıb.