"Mbappe artıq unudulub" - Peres

"Mbappe artıq unudulub" - Peres<span class="qirmizi"></span>

Florentino Peres prezidenti olduğu "Real" Çempionlar Liqasını qazandıqdan sonra PSJ-nin futbolçusu Kilian Mbappe haqda danışıb .

Qol.az xəbər verir ki, fransalı hücumçu bu yay azad agent kimi Madrid klubuna keçməyə yaxın idi. Lakin oyunçu mövsümün sonuna az qalmış fikrini dəyişərək Paris təmsilçisi ilə müqaviləsini 2025-ci ilin yayına qədər uzadıb.

 

Peres "Marca"ya Mbappe ilə bağlı deyib: “Mbappe artıq unudulub, heç nə olmayıb. "Real" mükəmməl bir mövsüm keçirdi. O hadisəni unutmuşuq. İndi "Real"ın bayramıdır”.

Qeyd edək ki, "kral klubu" finalda “Liverpul”a 1:0 hesabı ilə qalib gəlib.

Mənbə: qol.az