Azərbaycanlı üzgüçülərin yarışdığı dünya çempionatında amerikalı idmançı huşunu itirdi

 

Amerikalı Anita Alvares Budapeştdə su idman növləri üzrə dünya çempionatında solistlərin final müsabiqəsində texniki proqramla çıxış etdikdən sonra hovuzda huşunu itirib.

Alvares batıb və nəfəs almayıb. İdmançının məşqçisi Andrea Fuentes suya atılaraq onu xilas edib.

“Bu, çox qorxunc idi. Xilasedicilər suya atılmadıqları üçün özümü atmalı oldum. Qorxdum, çünki onun nəfəs almadığını gördüm, amma indi özünü çox yaxşı hiss edir”, - deyə Fuentes bildirib.

Alvares xərəkdə tibb məntəqəsinə aparılıb. Daha sonra ABŞ-ın üzgüçülük üzrə milli komandası üzgüçünün vəziyyətinin yaxşı olduğunu bildirib.

Qeyd edək ki, bu yarışda Azərbaycanın iki üzgüçüsü – Ramil Vəlizadə və Məryəm Şeyxəlizadəxangah da iştirak edirlər.

Mənbə: AFP

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

ARDNF: "Dövlət büdcəsinə transfertin azalması layihələrin maliyyələşdirilməsinə təsir etməyəcək"EKSKLÜZİV

SONRAKI XƏBƏR

Bu ölkəyə səfər etsəniz, evə dönəndə əşyalarınızın arasından ilan çıxa bilər – ŞOK FAKTLAR