Azərbaycanın 3 qat Avropa çempionu: "Şahmat Olimpiadası ən zəif yerimizdir"

Azərbaycanın 3 qat Avropa çempionu: "Şahmat Olimpiadası ən zəif yerimizdir"<span class="qirmizi"></span>

"Ümumdünya Şahmat Olimpiadası ən mühüm yarışlardan biri, bizim ən zəif yerimizdir. Çünki bizə bu yarışda medal qazanmaq heç vaxt qismət olmayıb".

"Report"un məlumatına görə, bunu Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov federasiyanın mətbuat xidmətinə müsahibəsində deyib.

Üçqat Avropa çempionu bildirib ki, hər dəfə Olimpiadaya medal ümidi ilə yollanırlar: "Hindistana uzun yol qət edəcəyik, ardınca yüksək oyun nümayiş etdirmək tələb olunur. Özümüzə inanırıq. Əlimizdən gələni edəcəyik".

37 yaşlı qrossmeyster federasiyanın yeni rəhbərliyinin hər bir şahmatçı ilə maraqlandığını və hamıya kömək etməyə çalışdığını söyləyib: "Federasiya uğur qazanmaq üçün bütün şəraiti yaradıb. Ümidləri doğrultmaq üçün bütün turlarda sona qədər mübarizə aparacayıq".

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası 28 iyul - 10 avqustda Hindistanın Çennai şəhərində keçiriləcək.

Mənbə: report.az