Almaniyanın "Ayntraxt" klubunun kapitanı Martin Hinteregger karyerasını başa vurub.
Qol.az xəbər verir ki, avstriyalı mərkəz müdafiəçisi 29 yaşında peşəkar futbolla vidalaşıb. Bu barədə Frankfurt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Onun futbolla belə erkən vidalaşmasının dəqiq səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, təcrübəli futbolçu başa çatan mövsümdə "Ayntraxt"la Avropa Liqasının qalibi olub.