Dünya çempionatı: Azərbaycanın həndbol yığmasının rəqibi bəlli olub

Dünya çempionatı: <span class="qirmizi">Azərbaycanın həndbol yığmasının rəqibi bəlli olub</span>

Qadın həndbolçular arasında 2023-cü il dünya çempionatının I təsnifat mərhələsinin püşkü atılıb.

"Report"un məlumatına görə, Avstriyanın paytaxtı Vyanada keçirilən mərasimdə Azərbaycan millisinin də rəqibi bəlli olub. Yığma bu raundda Portuqaliya ilə qarşılaşacaq.

İlk görüş noyabrın 2-si və ya 3-də Bakıda, cavab matçı 1 həftə sonra səfərdə olacaq.

Qeyd edək ki, I təsnifat mərhələsində 18 komanda mübarizə aparacaq. 9 cütün qalibi pley-offa yüksələcək.

Mənbə: report.az