“Neftçi” bizimlə eyni vəziyyətdədir” – “Aris”in baş məşqçisi

“Neftçi” bizimlə eyni vəziyyətdədir” – “Aris”in baş məşqçisi<span class="qirmizi"></span>

“Neftçi” bizimlə eyni vəziyyətdədir. Onların da yeni baş məşqçisi var və hazırlığa bu günlərdə başlayıblar”.

Qol.az xəbər verir ki, bu sözləri Kipr “Aris”inin baş məşqçisi Aleksey Şpilevski klubun TV kanalına müsahibəsində deyib.

“Neftçi” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Kiprin “Aris” klubu ilə qarşılaşacaq. İlk oyun iyulun 21-i Kiprdə, cavab matçı isə ayın 28-i Bakıda olacaq.

34 yaşlı belaruslu mütəxəssis bildirib ki, bu mərhələnin oyunlarına 100 faiz hazır olmaq çətin olur: “Amma motivasiya var. Əgər matça tam hazır olmasaq belə, axıradək mübarizə aparacağıq. Həmin görüşlərə son oyunumuz kimi çıxacağıq”.

Baş məşqçi bildirb ki, “Neftçi” ilə görüşlərə qədər daha 2-3 oyunçu almaq niyyətindədirlər.

Mənbə: qol.az