"Milan" İbrahimoviçlə müqaviləni uzatdı

"Milan" İbrahimoviçlə müqaviləni uzatdı<span class="qirmizi"></span>

Son İtaliya çempionu "Milan" Zlatan İbrahimoviçlə müqaviləni yeniləyib.

Qol.az "Football Italia"ya istinadən xəbər verir ki, 40 yaşlı hücumçunun başa çatan sözləşməsi 6 aylıq uzadılıb.

Qeyd edək ki, isveçli forvard 2020-ci ildən "Milan"da çıxış edir. Diz bağlarından əməliyyat olunan futbolçunun qarşıdakı 6 ay ərzində meydana çıxa bilməyəcəyi dəqiqdir.

Mənbə: qol.az