“Neftçi”nin rəqibindən yeni transfer

Kipr “Aris”i növbəti transferi gerçəkləşdirib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, Limassol təmsilçisi seneqallı futbolçu Yannik Qomisi ilə müqavilə bağlayıb. 30 yaşı olan Qomis hücumameylli yarımmüdafiəçidir. Onun son klubu "Genqam" (Fransa) olub.

Xatırıadaq ki, “Aris” Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Neftçi”nin rəqibidir. Bu komandaların ilk matçı iyulun 21-I Kiprdə, cavab görüşü iyulun 28-də Bakıda olacaq.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Avropada təbii qazın qiyməti artıb

SONRAKI XƏBƏR

NATO-dan Ukrayna ilə bağlı Putini qəzəbləndirən açıqlama