İspaniyada danışılmış futbol oyunları ilə pul qazanan mütəşəkkil dəstə saxlanıldı

İspaniya Milli Polisi əsasən ölkənin aşağı futbol liqalarından birində, eləcə də Cəbəllütariq çempionatında danışılmış oyunlarla məşğul olan mütəşəkkil cinayətkar dəstəni zərərsizləşdirib.

Bu barədə “Interpol”un rəsmi saytında məlumat yerləşdirilib.

Cinayətkar şəbəkə 500 min avrodan çox gəlir götürüb. Səlahiyyətlilər 21 nəfəri həbs ediblər, daha altı nəfər isə mütəşəkkil cinayətkarlıq, korrupsiya və qumar fırıldaqçılıqları ilə bağlı nəzarətdədir.

Qrup rəhbərlərinin peşəkar futboldan olan şəxslərlə əlaqələri olub, cinayət əməlləri ilə məşğul olan oyunçular matçların nəticəsinə təsir göstərmək üçün məxfi məlumatlar veriblər, qrupun digər üzvləri mərc oyunları ilə məşğul olublar.

Cinayət şəbəkəsinin üzvləri şifrələnmiş mesajlardan istifadə edib, həm onlayn, həm də bukmeker kontorlarının özlərinə mərclər qoyub, polis tərəfindən aşkarlanmamaq üçün hissə-hissə mərclər ediblər.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

BMW i3 modeli istefaya göndərilir - FOTO

SONRAKI XƏBƏR

Niinistö küsdü: Daha Putinlə xokkey oynamayacam