Tolisso sabiq klubuna qayıtdı

Tolisso sabiq klubuna qayıtdı<span class="qirmizi"></span>

Ötən mövsümün sonunda "Bavariya"dan ayrılan Korenten Tolissonun yeni klubu müəyyənləşib.

Qol.az Almaniya mətbuatına istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi karyerasını vətənində davam etdirəcək.

 

28 yaşlı futbolçu bu gün "Lion"da tibbi baxışdan uğurla keçib. Onunla sabah 5 illik müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, "Lion"un yetirməsi olan Tolisso 2013-2017-ci illərdə də bu komandada çıxış edib.

 

Mənbə: qol.az