İlin 6 ayı ərzində çempionatlarda ən çox qol vurmuş futbolçular açıqlanıb

İlin 6 ayı ərzində çempionatlarda ən çox qol vurmuş futbolçular açıqlanıb<span class="qirmizi"></span>

2022-ci ilin ilk altı ayı ərzində yüksək liqalarda ən çox qol vurmuş futbolçular açıqlanıb.

"Report" Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, siyahıya Qananın "Aşanti Qold" klubunda çıxış edən Yau Annor başçılıq edir.

25 yaşlı hücumçu Qana çempionatında 21 dəfə fərqlənib. İkinsi sırada Fransanın PSJ-sindən Kilian Mbappe yer alıb. 24 yaşlı forvard 19 dəfə rəqib qapılarına yol tapıb.

Qananın "Asante Kotoko" klubundan Frank Etouga və Banqladeşin "Çittaqonq Abahani" komandasından Peter Ebimobovei 18 qolla növbətı pillələrdə qərarlaşıb.

Mənbə: report.az