"Bavariya"dan ayrılan futbolçu Fransa klubuna keçib

Almaniya "Bavariya"sından ayrılan futbolçu Korentin Tolissonun yeni klubu müəyyənləşib.

"Report"un məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi Fransa "Lion"u ilə 5 illik müqavilə imzalayıb.

Tolisso 2017-ci ilin yayında məhz bu klubdan Münhen təmsilçisinə keçib. Oyunçu 5 dəfə Bundesliqa çempionu, 1 dəfə UEFA Çempionlar Liqasının, 2 dəfə isə ölkə kubokunun qalibi olub.

Yarımmüdafiəçi həmçinin Fransa millisinin heyətində 2018-ci ildə dünya çempionluğunu qazanıb. O, "Bavariya"da 118 oyuna 21 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Bayden iki ölkəni səhv saldı

SONRAKI XƏBƏR

"Vəziyyət çətindir, müşavirlərimə belə borcum var" - Türkiyəli deputat