“Barselona”da yaz təmizliyi başlayır: Xavi 12 oyunçunun biletini kəsdi

“Barselona”da yaz təmizliyi başlayır: Xavi  12 oyunçunun biletini kəsdi<span class="qirmizi"></span>

Avropa futbolunda son vaxtlar keçmiş günlərini axtaran komandalardan biri olan “Barselona” növbəti mövsüm öncəsi heyətində böyük təmizliyə gedir.

Lent.az xarici mediaya istinadla bildirir ki, əfsanəvi Xavi Hernandezin gəlişi ilə yeni heyət strukturuna gedəcək İspaniya nəhəngində komandadan 12 futbolçunun ayrılacağı gözlənilir.

Futbol tarixinin ən uğurlu klubları arasında yer alan “Barselona” son illər həm maliyyə, həm də idman baxımından pis günlər keçirib.

Ötən mövsüm Lionel Messinin komandadan getməsi ilə çökən Kataloniya klubu Xavi Hernandezin baş məşqçi təyinatından sonra bərpa prosesinə başlayıb.

Qış fasiləsi zamanı etdiyi yeni transferlərlə La Liqada mövsümü 2-ci pillədə başa vuran İspaniya nəhəngi yeni mövsümöncəsi heyətdə böyük təmizliyə gedəcək.

Yeni mövsümə güclü transferlər edərək daxil olmaq istəyən "Barselona" 12 futbolçusunu satıb, transfer büdcəsi yaratmaq niyyətindədir.

“GOAL”ın xəbərinə görə, "Barselona"dan ayrılması gözlənilən futbolçular aşağıdakılardır:

Frenk de Yonq, Sergino Dest , Samuel Umitti, Klement Lenqlet, Memfis Depay, Miralem Pjaniç , Neto, Martin Braitvayte, Riqui Puiq, Fransisko Trincao, Oskar Minqueza və Moussa Vaque.

Mənbə: lent.az