"Qalatasaray" 19 yaşlı müdafiəçini transfer edib

"Qalatasaray" 19 yaşlı müdafiəçini transfer edib<span class="qirmizi"></span>

Türkiyənin "Qalatasaray" klubu "Altay"da çıxış edən Kazımcan Karataşı heyətinə qatıb.

"Report" İzmir təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı cinah müdafiəçisinin transferi üçün "sarı-qırmızılar"la razılıq əldə olunub.

Karataşla tezliklə müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, Kazımcan Karataş Türkiyənin U-17, U-19 və U-21 yığmalarında da çıxış edib.

Mənbə: report.az