"Marsel" klubu baş məşqçisi ilə yollarını ayırıb

"Marsel" klubu baş məşqçisi ilə yollarını ayırıb<span class="qirmizi"></span>

Fransanın "Marsel" klubu baş məşqçisi Xorxe Sampaoli ilə vidalaşıb.

"Report" Liqa 1 təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, klub 62 yaşlı mütəxəssislə qarşılıqlı razılıq əsasında yollarını ayırıb.

Qeyd edək ki, Xorxe Sampaoli 2021/2022 mövsümündə Fransa klubunun baş məşqçisi olub. Komanda UEFA Konfrans Liqasının pley-off mərhələsinin ən iki oyununda "Qarabağ"ı məğlub edib - 1:3;0:3.

Mənbə: report.az