Azərbaycanın qadın güləşçisi Avropa çempionu oldu

Azərbaycanın qadın güləşçisi Birgül Soltanova İtaliyanın paytaxtı Romada keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanıb.

Qol.az xəbər verir ki, 62 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda almaniyalı Luisa Şelə 4:3 hesabı ilə qalib gələrək turnirdə 1-ci olub.

 

Qeyd edək ki, bundan əvvəl qadın güləşçilərimizdən Elnurə Məmmədova (55 kq) qızıl, Əsmər Canqurtaran (50 kq) bürünc mükafata yiyələnib.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Ukrayna Rusiyanı Beynəlxalq Ədalət Məhkəməsinə verdi

SONRAKI XƏBƏR

Lənkəranda yaşayış evi yanıb, bir nəfər xilas olunub