Mahir Emrelidən doğum günündə möhtəşəm qol - VİDEO

Mahir Emrelidən doğum günündə möhtəşəm qol -  VİDEO<span class="qirmizi"></span>

Zaqreb "Dinamo"su bu gün yoxlama oyunu keçirib.

Metbuat.az offsideplus-a istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi komanda "Spartak Trnava" ilə qarşılaşıb. Görüş 3:3 hesabıyla başa çatıb.

Matçda son qolu 89-cu dəqiqədə azərbaycanlı hücumçu vurub - 3:3.

Bildirək ki, Emreli bu gün 25 yaşını qeyd edir.

 

 

Mənbə: metbuat.az