Dünyanın ən bahalı futbolçuları - İlk onluq

Dünyanın ən bahalı futbolçularının növbəti reytinqi məlum olub.

Publika.az xəbər verir ki, CIES futbol observatoriyası potensial transfer dəyərini qiymətləndirərək ən dəyərli oyunçuların siyahısını hazırlayıb.

Cədvələ 205,6 milyon avroluq dəyərlə PSJ-nin hücumçusu Kilian Mbappe başçılıq edir. "Liverpul”lu Trent Aleksander-Arnold ən bahalı müdafiəçi (87,4 milyon), "Barselona”nın gənc üzvü Pedri isə ən bahalı yarımmüdafiəçidir (135,1 milyon). Qapıçılardan ən dəyərlisi Canluici Donnarummadır (PSJ, 73,7 milyon).

Reytinqin ilk "100-lüy”ündə ən çox Premyer Liqa təmsilçisi var. İngiltərədə çıxış edən 41 oyunçu siyahıya düşüb.

1. Kilian Mbappe (PSJ) - 205,6 milyon avro

2. Vinisyus Junior ("Real”) - 185,3 milyon

3. Erlinq Haland ("Mançester Siti”) – 152,6 milyon

4. Pedri ("Barselona”) - 135,1 milyon

 

5. Cud Bellinqem ("Borussiya”, Dortmund) - 133,7 milyon

6. Fil Foden ("Mançester Siti”) – 124 milyon

7. Frenki de Yonq ("Barselona”) - 112,5 milyon

8. Luis Dias ("Liverpul”) – 110 milyon

9. Ruben Diaş ("Mançester Siti”) – 109,6 milyon

10. Ferran Torres ("Barselona”) - 109,5 milyon

Publika.az

ƏVVƏLKİ XƏBƏR

"Kəpəz" "Qarabağ"ın futbolçusunu icarəyə götürüb

SONRAKI XƏBƏR

Astarada ev YANDI