Neymar bu addımı ilə PSJ rəhbərliyinə MEYDAN OXUDU

Braziliyalı hücumçu PSJ klubu ilə müqavilənin avtomatik uzadılması variantından istifadə edib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, beləliklə, 30 yaşlı hücumçunun PSJ ilə müqaviləsi 2027-ci ilə qədər uzadılıb. Braziliyalı bu addımı rəhbərliyin futbolçudan qurtulmaq planları fonunda atıb. Məlumata görə, bu yolla Neymar potensial transferi çətinləşdirib və kluba meydan oxuyub.

İyunun 28-də PSJ-nin Neymarla yollarını ayırmağa hazır olduğu bildirilirdi. Rəhbərlik fransalı bombardir Kilian Mbappe ilə yeni müqavilə imzaladıqdan sonra futbolçunu satmaq niyyətindədir. Sonuncu Neymarın məşq prosesinə münasibətindən narazıdır.

Neymar 2017-ci ilin yayından PSJ-də çıxış edir. Futbolçunun dəyəri 90 milyon avro olaraq qiymətləndirilir.

Lent.az

ƏVVƏLKİ XƏBƏR

“Hraparak”: Ermənistan kapitulyasiya edilməyin yox, sülhün vaxtını uzatmalıdır

SONRAKI XƏBƏR

Alternativ Laçın yolunda niyə erməni xaçkarı olmalıdır?- Məgər Ermənistan ərazisidir?..