La Liqa klubu 41 yaşlı qapıçı ilə müqavilə imzalayıb

La Liqa klubu 41 yaşlı qapıçı ilə müqavilə imzalayıb<span class="qirmizi"></span>

İspaniyalı təcrübəli qapıçı Dieqo Lopesin yeni klubu bəlli olub.

"Report"un məlumatına görə, "Espanyol"dan ayrılan 41 yaşlı qolkiper "Rayo Valyekano" ilə anlaşıb.

Oyunçu La Liqa təmsilçisi ilə bir illik müqavilə imzalayıb.

Qeyd edək ki, Dieqo Lopes ölkəsində "Real Madrid", "Sevilya" və "Vilyarreal", İtaliyada isə "Milan"ın formasını geyinib.

Mənbə: report.az