"Barselona"nın yay transfer büdcəsi AÇIQLANDI

"Barselona"nın yay transfer büdcəsi  AÇIQLANDI<span class="qirmizi"></span>

"Barselona"nın yay üçün transfer büdcəsi ilə bağlı qərar verilib.

Lent.az bildirir ki, bu barədə “Marca” xəbər yayıb.

Kataloniya klubu heyəti gücləndirmək üçün 200 milyon avro xərcləməyi planlaşdırıb. “Barselona” Amerikanın “Sixth Street” investisiya şirkəti ilə müqavilə bağladıqdan sonra transfer üçün lazım olan vəsaiti toplaya bilib. Kataloniyalılar 207,5 milyon dollar dəyərində televiziya hüquqlarının 10 faizini satıblar.

Daha əvvəl "Bavariya"nın Robert Levandovskinin transferi ilə bağlı "Barselona"nın növbəti təklifini rədd etdiyi barədə xəbərlər yayılmışdı. Kataloniyalılar 40 milyon avro və bonuslar təklif edirdilər.

Mənbə: lent.az