UEFA "Qəbələ"nin ikinci oyununa təyinatları açıqladı

"Qəbələ"nin Avropa Konfrans Liqası 2-ci təsnifat mərhələsində "Fehervar"la (Macarıstan) cavab oyununa hakim təyinatları açıqlanıb.

Qol.az xəbər verir ki, iyulun 28-i saat 20:00-da Qəbələ Şəhər Stadionunda keçiriləcək matçı Avstriya Futbol Federasiyasından Kristofer Yaeger idarə edəcək. Ona yan xətt hakimləri Robert Staynaxer və Santino Şrayner köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Markus Hameter yerinə yetirəcək.

 

Qeyd edək ki, bu komandalar arasında ilk görüş iyulun 21-də Macarıstanda oynanılacaq. Həmin oyununun baş hakimi isveçli Kaspar Syoberq olacaq.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

"Belarusa getməyin, risk çox ciddidir" - Polşa XİN

SONRAKI XƏBƏR

"Barselona"nın yay transfer büdcəsi AÇIQLANDI