Ronaldu “Mançester Yunayted”dən onu satmasını istəyib

Kriştianu Ronaldu “Mançester Yunayted”dən ayrılmağa hazırdır.

İddiaya görə, portuqaliyalı futbolçu klub rəhbərliyinə münasib təklif alınacağı təqdirdə satılması istəyi ilə müraciət edib.

37 yaşlı hücumçu karyerasının sonuna kimi hər mövsüm Çempionlar Liqasında çıxış etməyi hədəfləyir. “Mankunianlar” isə bu il turnirdə iştirak etməyəcəklər.

Qeyd edək ki, ötən mövsüm Kriştianu Premyer Liqada 30 oyun keçirib və 18 qol vurub.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Çində qasırğa: gəmi ikiyə bölündü, ekipajdan xəbər yoxdur

SONRAKI XƏBƏR

Aİ Moldovaya 40 milyon avroluq hərbi yardım ayırır